“Başqasının gəliri məni qəti maraqlandırmır” — Xalq artisti ƏSƏBLƏŞDİ

“Başqasının gəliri məni qəti maraqlandırmır”  — Xalq artisti ƏSƏBLƏŞDİ

Xalq artisti Səidə Quliyeva və əməkdar artist Elnarə Abdullayeva sənətçilərin bahalı ev, maşın və sair almasına münasibət bildirib.

“Mən başqasının məvacibini saymıram. Heç bunun marağında da deyiləm”.
Bu sözləri Xalq artisti Səidə Quliyeva “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində bildirib.
O, qeyd edib ki, kimin hansı yolla pul qazanmağı onu qətiyyən maraqlandırmır.
“Ümumiyyətlə, başqasının gəliri, həyat tərzi, etdiyi hərəkətlər məni maraqlandırmır. Mən heç kəsə cavabdeh deyiəm. Evləri də, avtomobilləri də sağlıqlarına qismət”,- deyə o, fikrini tamamlayıb.

Əməkdar artist Elnarə Abdullayeva isə bildirib ki, ruzinin hardan gələcəyini Allahdan başqa heç kim bilə bilməz.
''Düzü bu haqda danışmaq çətindir. Çünki kiminsə barəsində o bunu qazanır, bu ala bilər, ala bilməz demək olmaz. Heç kimin aylıq qazancını, məvacibini bilə bilmirik. Lakin onu deyə bilərəm ki, sənətdə hər zaman pul var. Bu həyatda hər şey mümkündür''.

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Məleykə Əsədova 3 milyonluq villasına satışa çıxarıb.

Bahalı villasına görə, sosial şəbəkədə tənqid olunan aktrisa, onu halal zəhməti ilə aldığını bildirib.

Ölkə.Az

Mənbə: olke.az