Şvartsenegger koronavirusla mübarizəyə 1 milyon bağışladı

Şvartsenegger koronavirusla mübarizəyə 1 milyon bağışladı

Hollivud ulduzu və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartsenegger koronavirus epidemiyasının dünyada sürətlə yayılmasına biganə qalmayıb.

Musavat.com xəbər verir ki, aktyor maddi dəstək olmaqla koronavirusla mübarizəyə töhfə verib. O, koronavirusla mübarizə qurumlarının birinə 1 milyon dollar bağışlayıb.

“Baxıram ki, insanlar hələ də restoranlara gedir. Virusa yoluxmaq istəyirsiniz? Ağıllı davranın və evinizdə qalın”, - deyə o bildirib.

Aktyorun verdiyi ianə tibbi avadanlıqlar və ləvazimatlara xərclənəcək.

 

Mənbə: axar.az