Əvvəlki ilin məzunları üçün buraxılış imtahanı nə zaman keçiriləcək?-DİM

Əvvəlki ilin məzunları üçün buraxılış imtahanı nə zaman keçiriləcək?-DİM

Əvvəlki ilin məzunları aprelin 26-da buraxılış imtahanı verməli idi. Karantin rejimi elan olunduğu və 5, 12, 19 aprel tarixlərinə aid buraxılış imtahanları təxirə salındığına görə, əvvəlki illərin məzunları üçün aprelin 26-da keçirilməli olan imtahan da digər bir tarixdə keçiriləcək.

Bu barədə DİM facebook hesabında məlumat yayıb. Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun martın 30-dan aprelin 27-dək aparılması nəzərdə tutulur.

Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq məktubuna əsasən Dövlət İmtahan Mərkəzində 2020-ci il martın 17-dən etibarən vətəndaşların qəbulu da dayandırılıb.

Mərkəzin "Youtube” kanalını da izləməyi tövsiyə edirik. Kanalda həftədə bir dəfə ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı verilişlərin yayımlanması nəzərdə tutulur. (AZEDU.AZ)

Mənbə: aztehsil.com