Birlikdə yaşamağa başladılar, mərtəbələri ayırdılar

Birlikdə yaşamağa başladılar, mərtəbələri ayırdılar

Türkiyəli aparıcı-model Ebru Şancı futbolçu həyat yoldaşı Alparslan Öztürk ilə koronovirus səbəbi ilə Bodrumda yerləşən evlərinə köçüblər.

Axsam.az xəbər verir ki, model "İkinci sayfa" verilişində gec-gec görüşdükləri üçün hazırda bir evdə yaşamaqda çətinlik çəkdiklərini bildirib:

"Alparslan məşqlərinə görə həftənin 5 günü İzmirdə idi. Mən isə moda evimə görə İstanbulda olurdum. Virusa görə Bodrumdakı 3 mərtəbəli malikanəmizə gəlmişik. Uzun müddət birlikdə qalmağa vərdiş etməmişik. Mübahisə etdiyimizə görə, mərtəbələri ayırmışıq".

Qeyd edək ki, 2015-ci ildə ailə quran Ebru Şancı 3-cü övladına hamilədir.

Mənbə: axsam.az