BMT koronavirusla mübarizəyə 2 milyard dollar yönəldəcək - Kasıb ölkələrin ehtiyacına

BMT koronavirusla mübarizəyə 2 milyard dollar yönəldəcək - Kasıb ölkələrin ehtiyacına

“AzPolitika.info”nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı (BMT) COVİD-19 pandemiyasının öhdəsindən gəlmək istiqamətindəki tədbirlərin həyata keçirilməsinə vəsait ayıracaq.

BMT-nin işləyib hazırladığı plana görə, kasıb ölkələrin ehtiyacına 2 milyard dollar vəsait yönəldiləcək.

Səhiyyəsi məqbul səviyyəyə çatmamış dövlətlərə kömək layihəsini BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi həyata keçirəcək.

Son məlumata görə, dünyada 430 min nəfər koronavirusa yoluxub, 19 min nəfərə yaxın insan isə bu xəstəlikdən dünyasını dəyişib.

AzPolitika.info

Mənbə: azpolitika.info