"Sünbül ağa"nı rus dilində səsləndirən aktyor vəfat edib

Rusiyanın tanınmış dublyaj aktyoru, rus dublyajının gənc səsi adlandırılan Sergey Smirnov vəfat edib.

Open. az xəbər verir ki, 38 yaşlı aktyor martın 25-də uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

17 ildir teatrda çalışan S.Smirnov "Hörümçək adam", "Bozun 50 çaları", "Möhtəşəm yüz yıl" və.s. serial və filmlərdə əsas qəhrəmanları səsləndirib. Onun səsi ilə Kristian Qrey, Riçard Gir, Antonio Banderas, Selim Bayrakdar və başqaları rus dilində "danışıb".

Xüsusilə "Möhtəşəm yüz yıl" serialında "Sünbül ağa" obrazını yüksək məharətlə rus dilində dublyaj edən Sergey Smirnov martın 27-də dəfn ediləcək.

Ülviyyə Həsənqızı

Open.az

ƏVVƏLKİ XƏBƏR

Unitazın oturacağını yalayan bloqer koronavirusa yoluxdu – VİDEO

SONRAKI XƏBƏR

59 nəfər həyatını itirdi- KORONAVİRUSDAN