Çinli həkimlər koronavirusa yoluxan adamları...

Çinli həkimlər koronavirusa yoluxan adamları...

Çinin Uxan şəhərindən bütün dünyaya yayılan koronavirus bəlasının şahidləri olan həkimlər yeni açıqlama yayıblar.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, çinli həkimlər koronavirusa yoluxan adamların üzüaşağı uzadılmasının yaxşı nəticələr verdiyini söyləyiblər. Covid-19 virusuna yoluxan adamlarda ağır nəfəs çatışmazlığı müşahidə olunur. Belə olan halda xəstənin arxası üzərində uzadılması nəfəs almanı daha da çətinləşdirir. Çinli həkimlər virusa yoluxan xəstələri üzüaşağı yatırmağın məqsədəuyğun olduğunu deyiblər və bildiriblər ki, 12 nəfər üzərində apardıqları təcrübəyə görə bu hal yaxşı effekt verib.

Üzüaşağı uzadılan xəstələrin ağciyərləri sıxılmayıb, nəfəs rahatlığı təmin edilib.

Ülviyyə Həsənqızı

Mənbə: open.az