"Bir ananın balası günahsız yerə şərlənirsə, cəza alırsa, bunu Allah bağışlamayacaq..."

"Bir ananın balası günahsız yerə şərlənirsə, cəza alırsa, bunu Allah bağışlamayacaq..."

Xalq artisti Aybəniz Haşımova "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun qondarma ittihamlarla şərlənərək həbsə atılmasına İnstaqramdakı paylaşması ilə etiraz edib və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da tağ etməklə aşağıdakı kimi ifadə edib:

"Bu şəkil canımı yandırdı. Heç bir şəxsi tanışlığım olmasa belə o mənim millətimin oğludur. Ana, bacısı ilə salam-əleykimim var. Bir ananın balası günahsız yerə şərlənirsə, cəza alırsa, bunu Allah bağışlamayacaq. Tez bir zamanda haqqın bərqərar olacağına inanıram.

Mənbə: moderator.az