Kseniya Sobçaka şad xəbər: anası koronavirusa yoluxmayıb

Kseniya Sobçaka şad xəbər: anası koronavirusa yoluxmayıb

Rusiyanın tanınmış teleaparıcısı Kseniya Sobçak anası Lyudmila Narusovanın koronavirus üçün verdiyi testin mənfi nəticə göstərdiyini söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Krovavaya barınya” Telegram kanalı yayıb.

Həkimlər xəstəyə sətəlcəm diaqnozu qoyublar.

Aparıcı rusları valideynlərini qorumağa və onları evdən çıxartmamağa çağırıb.

“Mən evdə oturmaq üçün onunla çoxlu söhbət etdim. Düzdür, fəal insan üçün evdə oturmaq çətindir. Bu həftələrdə çox pis şeylər oldu ki, biz bir-birimizi görmürük” deyib Kseniya Sobçak.

Bundan əvvəl mediada məlumat yayılmışdı ki, Lyudmila Narusova özünü pis hiss etdiyi üçün xəstəxanaya gedib. Nəşrlərin yazdığına görə, bu yaxınlarda o, xaricdən qayıdıb.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Uxanda vətəndaşların sətəlcəm xəstəliyinə yoluxduğunu elan edib. Xəstəliyin törədicisi, rəsmi adı COVID-19 olan koronavirusun yeni bir növüdür.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus pandemiyasının başlandığını bildirib.

Mənbə: konkret.az