Əməkdar rəssam Rəşid Şerif vəfat edib

Azərbaycan Dövlət “YUĞ” Teatrının baş rəssamı, Əməkdar rəssam Rəşid Şerif (Həsənov) vəfat edib.

Bu barədə Lent.az -a Azərbaycan Dövlət “YUĞ” Teatrının ədəbi-hissə müdiri Elçin Cəfərov məlumat verib.

Dediyinə görə, rəssam martın 26-da vəfat edib.

R.Şerif Yuğ teatrının yaradıcısı Vaqif İbrahimoğlunun qardaşıdır. O Yuğ teatrı yarandığı gündən bu teatrda çalışıb. Bu illər ərzində teatrda hazırlanmış 50-yə qədər tamaşaya, o cümlədən bir sıra xarici ölkələrin teatrlarında hazırlanmış tamaşalara tərtibat verib.

Allah rəhmət eləsin.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Lətifə Soyuöz yenə gündəmdə FOTOLAR

SONRAKI XƏBƏR

“Qalatasaray” istəyir, “Liverpul” satmağa razıdır