Məşhur aktrisa koronavirusa sarımsaqla qalib gəldi

Məşhur aktrisa koronavirusa sarımsaqla qalib gəldi

Məşhur “Ceyms Bond” filmində canlandırdığı rolla məşhurlaşan aktrisa və model Olqa Kurylenko yoluxduğu ölümcül koronavirus infeksiyasına necə qalib gəlməsini açıqlayıb.

Axar.az xəbər verir ki, aktrisa sağalması ilə bağlı İnstaqram hesabında məlumat paylaşıb. O bildirib ki, bir həftə ərzində özünü həddən artıq pis hiss edib və bu müddət ərzində ancaq yatıb.

“Hərarətim var idi və başım çox ağrıyırdı. İkinci həftə hərarətim düşdü, ancaq bu zaman da öskürək başladı. Özümü çox yorğun hiss edirdim. İkinci həftənin sonuna qədər özümü tamamən yaxşı hiss etməyə başladım” – deyə model bildirib.

Aktrisa əlavə edib ki, bu müddət ərzində yeməyinə xüsusilə diqqət edib:

“Bu müddət ərzində ən çox qəbul etdiyim qida sarımsaq oldu. Həmçinin bol maye qəbul edirdim. Suya da limon əlavə edirdim”.

Mənbə: axar.az