Emin Ağalarov ilk dəfə qızının üzünü göstərdi -FOTO

Rusiyanın tanınmış azərbaycanlı iş adamı, "Crocus Qrupu"un I vitse-prezidenti, Azərbaycanın Xalq artisti Emin Ağalarov ilk dəfə qızının fotosunu paylaşıb.

Sonxeber.az bildirir ki, tanınmış müğənni Emin Ağalarov ikinci evliliyindən olan qızının fotosunu paylaşıb. Bildirək ki, indiyədək paylaşılan fotolarda uşağın üzü görünməyib. Yəni, fotolar arxa fonda çəkilib. Bu dəfə isə müğənni ilk dəfə olaraq qızının profildən görüntüsünü sosial hesabındakı izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, müğənni 2018- ci ildən rus model Alyona Qavrilova ilə evlidir. Onların bu evlilikdən bir qız övladı var.

Şəlalə Babayeva


Sonxeber.az

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

G20 liderləri ilk dəfə virtual sammit keçirir

SONRAKI XƏBƏR

Roma Papası ilə eyni evdə qalan rahib də koronavirusa yoluxdu