Ədalət Şükürov: "14 gün karantində oturmaqdansa..."

Ədalət Şükürov: "14 gün karantində oturmaqdansa..."

Əməkdar artist Ədalət Şükürov karantin müddətində insanları ehtiyyatlı olmağa çağırıb.

Ədalət Şükürov Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

"Artıq insanlar vəziyyəti başa düşürlər. Mən də evdə oturan adam deyiləm, səhərdən axşama qədər iş-güc arxasınca qaçıram. Amma zaman bunu tələb edir ki, evdə oturmalıyıq. Karantin müddətini özümüz uzatmamalıyıq. 14 gün karantində oturmaqdansa, 20 gün evdə olmaq yaxşıdır. Əgər sizi karantinə aparsalar bütün ailə üzvlərinizi və yaşadığınız binanın sakinlərini də aparacaqlar. Ona görə də evdə oturun! Bütün dünyada nələr baş verir, görürük. Qurban olum Azərbaycanıma...".

Mənbə: teleqraf.com