"Bu məsələni ciddiyə almayanlar..." - Xalq artistindən çağırış

"Bu məsələni ciddiyə almayanlar..." - Xalq artistindən çağırış

"Bu məsələni ciddiyə almayanlar da var, amma belə etmək lazım deyil".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Zülfiyyə Xanbabayeva deyib.

O, Azərbaycanda koronavirusla bağlı tətbiq olunan karantin rejimi ilə bağlı insanlara öz tövsiyəsini verib:

"Məsələnin ciddiliyinə varmaq lazımdır. Həyat gözəldir və sevməyi, əlindən tutmağı bacaranlarındır. Özümüz özümüzü qorumalıyıq. Dövlət başçımız tərəfindın vəziyyətin qarşısının tez alınması ilə bağlı atılan addımlar çox düzgün addımlardır. Bizi qoruya bildilər. Qalan hər şey öz üzərimizə düşür. "Evdə qalın" şüarına əməl etmək lazımdır. Əzizlərimizin, doğmalarımızın, ailənin bir yerə yığışıb vaxt keçirməsi lazımdır. İndiki vəziyyət Allahın bir sınağıdır. Bundan da alnıaçıq, başımız dik çıxaq, inşallah".

Xalq artisti karantin dövründə evdən çölə çıxmamasını da vurğulayıb:

"Heç yerə çıxmıram. Ümumiyyətlə, tədbir və studiyadan savayı axşamlar heç yerə getmirəm. Vaxtım olmur, qızımın dərsləri var. Boş vaxtımı daha çox ona sərf edirəm. İşim olan zaman çıxıram, amma sıxlıq olan yerlərə getmirəm. Siz də buna əməl edin. Əslində, dediyim kimi çölə çıxmağı da sevmirəm. Əlbəttə ki, dostlarımla görüşürəm. Şəhər ətrafında yaşadığım üçün bunu düzünü deyim çox da hiss etmirəm. Əlbəttə ki, məsələnin ciddiliyinə varıram. Amma həyata küsüm, ancaq bu haqda düşünüm, beynimə salım, yox. Bir yerə çıxdığım zaman maska, spirt istifarə edirəm. Özünüzü qoruyun, çölə çıxmayın".

Mənbə: teleqraf.com