Evdə darıxanlar üçün AzTV-dən YENİ LAYİHƏ

Evdə darıxanlar üçün AzTV-dən  YENİ LAYİHƏ

Azərbaycan Televiziyası (AzTV) koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha bir layihəyə start verir.

Növbəti həftədən etibarən televiziya vətəndaşların xüsusi karantin rejimi dövründə evdə qalması və bu müddətdə zamanını maraqlı keçirməsi üçün "Eyvana çıx" adlı maraqlı layihəni ekranlara gətirir.

Həftənin 1-3-5-ci günləri günorta saatlarında ulduz müğənnilərin canlı konsert proqramlarını AzTV-nin efirində izləmək mümkün olacaq.

 

Mənbə: moderator.az