Karantin günlərini rəqs edərək keçirir – FOTO

Karantin günlərini rəqs edərək keçirir – FOTO

Koronavirus səbəbi ilə evdə qalan, konsert və tədbirlərdən təcrid olunan məşhurlar öz paylaşımlarında izləyicilərinə evdə qalmağı tövsiyyə etsələr də, evdə sıxıldıqlarını da gizlətmirlər.

BiG.AZ xəbər verir ki, Türkiyənin tanınmış müğənnisi Aleyna Tilki evdə olmasına baxmayaraq səhnə məşqlərini davam etdirir. Ev şəraitində rəqslərinə ara verməyən müğənni “İnstaqram” hesabında foto paylaşaraq:

“Səhnədə rəqs etməsək də, evimizdə tək başına rəqs edirik. Amma ümid edirəm ki, hər şey keçər və səhnələrdə görüşərik. Çox, həm də lap çox darıxıram sizinlə səhnələrdə görüşməyi” şərhini yazıb.

İzləyiciləri fotonu bəyənərək şərhlər yazıblar. Şərhlərdə müğənniyə təriflər yağdırılıb.



Lamiyə Məmmədova

 

Mənbə: big.az