Məşhur müğənni fanatlarına PUL PAYLADI

Məşhur müğənni fanatlarına PUL PAYLADI

Məşhur müğənni Teylor Svift, koronavirus epidemiyasına görə ehtiyaclarını qarşılamada çətinlik çəkən fanatlarına dəstək olub.

SONXEBER.AZ xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı müğənninin kömək etdiyi fanatlarından biri olan Samanta Ceykobson sosial media səhifəsində "İş yox, pul yoxdur, hesabları ödəmək üçün bir yol yoxdur" deyəndən sonra Teylorun ona maddi kömək etdiyini deyərək bu ifadələri işlədib:
"Şokdayam. Dilim tutuldu. Uzun müddət hörmət etdiyim və sevdiyim birinin bu qədər səxavətli olduğuna inana bilmədim".

Qeyd edək ki, məşhur müğənni eyni qayda ilə daha çox ehtiyacı olan insanlara yardım edib.

Mənbə: sonxeber.az