Elon Mask hamilə sevgilisinə XƏYANƏT ETDİ

Elon Mask hamilə sevgilisinə XƏYANƏT ETDİ

Amerikalı məşhur aktrisa Ember Hördün liftdə məşhur iş adamı Elon Maskla səmimi görüntüləri yayımlanıb.

''Ölkə.Az'' xəbər verir ki, Ember Hörd evinin liftində milyarder iş adamı Elon Maskla yaxın təmasda olarkən kameralara tuş gəlib. İkilinin görüntülərinin yayıldığı ev əvvəllər aktrisanın evli olduğu Con Deeplə birlikdə yaşadığı həmin mənzildir. Belə ki, amerikalı aktyor Con Deep 2015-ci ildə Ember ilə evliliklərinin birinci ayında həyat yoldaşını Maskla eşq yaşamaqda günahlandırırdı. Liftdəki görüntülərin isə hansı tarixdə çəkildiyi məlum deyil.

Qeyd edək ki, ''Tesla'' və ''SpaceX'' şirkətinin qurucusu Elon Mask və kanadalı sevgilisi Grimes keçən həftə uşaq gözlədiklərini mediaya açıqlamışdılar.

Ölkə.Az

Mənbə: olke.az