"Bu bir fəlakətdir, bəladır, xalqımız üçün gəlib, hər bir adam özü-özünü qorumalıdır"

"Bu bir fəlakətdir, bəladır, xalqımız üçün gəlib, hər bir adam özü-özünü qorumalıdır"

Xalq artisti, muğam ustadı Arif Babayev koronavirus epidemiyasından qorunmaq üçün insanları dövlət tərəfindən tətbiq edilən qaydalara riayət etməyə çağırıb.

O, Moderator.az-a açıqlamasında yaşlı nəslin nümayəndəsi kimi hər gün evdə qaldığını bildirib:

“Küçələrə çıxmamaq bizim borcumuzdur, mən bütün insanlara səslənirəm, qaydalara əməl etsinlər. Hamımız bu istiqamətdə səfərbər olmalıyıq. Bu bir fəlakətdir, bəladır, xalqımız üçün gəlib. Hər bir adam özü-özünü qorumalıdır. Hökumətimiz insanlarımızın koronavirusdan qorunması üçün gecə gündüz çalışır. Jurnalistlərimiz də bu istiqamətdə məlumatlar hazırlayıb, insanları maarifləndirirlər. Mən sizlərə də təşəkkür edirəm, əlinizdən gələni əsirgəmirsiniz”

Mənbə: moderator.az