İspaniya Kralının qohumu olan Burbon-Parma şahzadəsi Mariya Tereza Parisdə vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun qardaşı Sikst Henrix Bourbon öz Facebook səhifəsində məlumat yayıb.
"26 Mart 2020-ci il tarixində, cümə axşamı günü, COVID-19 koronavirusunun qurbanı olmuş Maria Tereza, 86 yaşında Parisdə ölüb", deyə Henrix öz Facebook səhifəsində yazıb.
Mənbə: sia.az