"Bayramda valideynlərimi görməyə getmədim" - Koronavirusdan qorxan Elnarə

Hər kəs kimi məşhurlarımız da koronavirusdan qorunmaq üçün evdə otururlar.

BiG.AZ xəbər verir ki, müğənni Elnarə Xəlilova da evdə qalan məşhurlar sırasındadır. "Xəzər Tv"də yayımlanan "Şən bazar" verilişində Elnarə Xəlilova barədə hazırlanan süjet efirə verilib. Süjetdə müğənni bildiirb ki, bütün tədbirləri, görüşləri təxirə salıb:

"Bütün tədbirlərimi təxirə salmışam. Ancaq binanın altında market var, çox vacib nəsə lazım olanda məcbur düşüb alıram. O da çox ciddi şəkildə. Liftin düyməsini spirtləyirəm, evin kəndarını xlorlayıram, marketdən gələn kimi əllərimi sabunla yuyuram. Uşaqlar daim evdə olsalar da, əllərini spirtləyirəm. Sizə də tövsiyyə edirəm, uşaqları çölə burxamayın. Bu bir tətil deyil, təhlükəsizlik tədbiridir. Görürsünüz ki, hər yer bağlanır, bu da o deməkdir ki, məhdudiyyətlər artır. Mən bayramda gedib valideynlərimi görmədim. Görüntülü zəng edib təbrik etdim. Onlara da tapşırdım ki, evdən çölə çıxmasınlar. Uşaqlar virusa yoluxmasalar da, daşıyıcı sayılır. Çoxuşaqlı ana kimi mən də uşaqlarıma görə evdən çıxmıram".


 

 

Big.az

ƏVVƏLKİ XƏBƏR

Fransada bir gündə 300-ə yaxın insan öldü

SONRAKI XƏBƏR

Türkiyədə ölkədaxili uçuşlara MƏHDUDİYYƏTLƏR QOYULACAQ