"Səhərimi faciə xəbərlə açdım, Fəridəmin ölüm xəbəri həyatımı alt-üst etdi"- Turan İbrahimovun xanımı

"Səhərimi faciə xəbərlə açdım, Fəridəmin ölüm xəbəri həyatımı alt-üst etdi"- Turan İbrahimovun xanımı

Keçmiş aparıcı Turan İbrahimovun xanımı Nərmin İbrahimova sosial şəbəkədə paylaşım edib.

BiG.AZ xəbər verir ki, stilst Nərmin İbrahimovanın yaxını vəfat edib. O bu barədə sosial şəbəkə hesabında ürəkdağlayan status paylaşıb:

"Bu səhərə bir faciə xəbər ilə oyandım. Çox pisəm, sakitləşməyə çalışıram, amma Fəridəmin ölüm xəbəri həyatımı alt-üst elədi! Səni çox sevirdim, hər zaman sevəcəm! Həyat fani sənin ölüm xəbərin məni çox incitdi. Fəridə hər zaman ürəyimdəsən mənimləsən... Sonuncu görüşümüzdə bütün sirlərini, ürəyini mənə açdın. Hər kəlmən mənim ürəyimdə qaldı, mənimlə də öləcək. Sənin ölümün mənə çox ağır oldu. Allah mənə güc. səbr versin çox pisəm".

Fotonu təqdim edirik:


 

Mənbə: big.az