Türkiyəli bu məşhur koronavirusa yoluxub - Ancaq hamıdan gizlədib

Türkiyəli bu məşhur koronavirusa yoluxub -  Ancaq hamıdan gizlədib

Türkyənin məşhur musiqiçi və yazarı Zülfü Livanelive xanımı koronavirusa yoluxublar.

Moderator.az Türkiyə mediasına istinadla xəbər verir ki, fevral ayının sonlarında ABŞ-ın Nyu-York şəhərində təşkiledilən tədbirlərə qatılan sənətçi mövzu ilə bağlı açıqlamasında deyib: “Xanımım,mən və dostlarım müalicə almışıq. Tamamən sağalmışıq, ancaq Türkiyəyədöndüyümüzdən bəri bayıra çıxmırıq”.

Bildirilirki, ABŞ-dakı tədbirlər zamanı Zülfü Livaneli fevralın 27-də narahatlıqkeçirdiyi üçün təcili xəstəxanaya aparılıb. Lakin bu xəbər ictimaiyyətdən gizlədilib.

Buna baxmayaraq sənətçi martın 4-də həm imzagünündə iştirak edib, həm də konsert verib. Tədbirə qatılan digər insanların da bəzilərində koronavirus təsbit edilib.

73 yaşlıyazar bildirib ki, fevralın sonlarında Amerikada keçirilən tədbirlərin birindəvirusa yoluxublar, lakin artıq durumları yaxşıdır:

“Tamam sağalmışıq. İndi testsonucları neqativdir, ancaq yenə də evdən çıxmırıq... Kimsə ümidsizliyəqapılmasın, mümkünsə evdə otursunlar və bu bəlanı həmrəyliyimizlə geridə qoyaq.Əhval-ruhiyyəmizi də pozmayaq, çünki bu, sağalmaq üçün vacibdir”.

Mənbə: moderator.az