"Xəzər TV heç bir müğənniyə qadağa qoymayıb"

"Xəzər TV heç bir müğənniyə qadağa qoymayıb"

Aparıcı Zaur Kamal Xəzər TV tərəfindən qadağa qoyulduğu deyilən müğənnilərdən danışıb. SİA-nın məlumatına görə, aparıcı bu sözləri deyib: "Bəzi saytlar xəbər yayıblar ki, guya Xəzər televizisiyasının rəhbərliyi tərəfindən müğənnilər Manaf Ağayeva, Şəbnəm Əsədovaya (Tovuzlu), Damlaya, Mətanət Əsədovaya, Türkan Vəlizayədə, meyxanaçı Pərviz Bülbüləyə qadağa qoyulub. Bu məlumat kökündən yalnışdır. Çünki biz kanal olaraq heç bir ifaçıya qadağa qoymamışıq. Bu məsələni belə də bilin".

Z.Kamalın bu sözlərinə Şəbnəm Əsədova (Tovuzlu) münasibət bildirib: "Bəziləri Xəzər TV-nin rəhbərliyi tərəfindən mənə qadağa olunduğunu düşünərək sevinirdi. Amma bu sevinciniz çox çəkmədi. Arzunuz ürəyinizdə qaldı".m

Mənbə: sia.az