"Bu sənətdə bir çox şeyləri qurban verməlisən" - İzzət xalaq səsləndi

"Bu sənətdə bir çox şeyləri qurban verməlisən" - İzzət xalaq səsləndi

“İncəsənət sahəsinə gələn insan bir çox şeyləri qurban verməlidir”.

Lent.az -ın məlumatına görə, bu sözləri müğənni İzzət Bağırzadə “Gündən-günə” verilişində deyib:

“Mən bu sənətə gələndən sonra bütün gəncliyim, uşaqlığım kölgədə qaldı. Bu sənət elədir ki, daim insanların gözü qarşısındasan. 25-30 il əziyyət çəkirsən, kiminsə ucbatından bir balaca səhv edirsən, səni yıxıb sürüyürlər. Bir səhvə görə insana nələr demirlər. Bu həyatda kimin səhvi yoxdur? Xalqımıza müraciət edirəm, yıxılanı baltalamayın. Əslində yıxılana kömək edin ki, bir daha yıxılmasın”.

Mənbə: lent.az