Türkiyəli məşhur KORONAVİRUSA YOLUXDU — FOTO

Türkiyəli məşhur KORONAVİRUSA YOLUXDU  — FOTO

90-cı illərin məşhur türk müğənnisi Demet Sağıroğlu koronavirusa yoluxub.

“Ölkə.Az” xəbər verir ki, ABŞ-ın Nyu- York şəhərində yaşayan ifaçı bu barədə “İnstagram” səhifəsində məlumat verib.

“Bəli, Nyu – Yorkda vəziyyət dəhşətlidir. Mən də 10 gündür xəstəyəm. Narahat olmayın, yaxşıyam”,- deyə o, paylaşımını şərh edib.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma sayına görə dünyada birinci yerdə durur. Statistikaya görə, hazırda ölkədə 104 860 nəfər COVİD-19-dan əziyyət çəkir.

Ölkə.Az

Mənbə: olke.az