Aqil M.Quliyev ilk dəfə Amaliya Pənahova ilə münasibətindən danışdı: "Kürdəxanıya gəldi və..."-Video

Aqil M.Quliyev ilk dəfə Amaliya Pənahova ilə münasibətindən danışdı: "Kürdəxanıya gəldi və..."-Video

Tanınmış rejissor Aqil M.Quliyev prodüser Tarix(Tolik) Əliyevin yutubda aparıcılıq etdiyi "Tolik ilə səmimi" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aqil M.Quliyev mərhum xalq artisti Amaliya Pənahova ilə münasibətindən danışıb. O Tolikin "Amaliya xanımın yerini tutan oldumu?" sualına "Təbii ki, xeyr. Son bir ildə Amaliya xanımla ünsiyyətimiz yox idi. Son vaxtlar özünə, ailəsinə qapanmışdı. Sağlığında hər şeyi etdi. Amaliya xanım danışırdı ki, teatrda nə qədər qalmaqallar olub. O vəziyyətdən necə çıxıb. O insan əfsanədir. Xoşbəxt insanam ki, Amaliya xanımla işlədim, onu filmə çəkdim".
Rejissor "Onunla ölümündən əvvəl hallaşdınızmı? Sona vaxtlar adınız çox hallandığına görə narahat olurdu" sualına isə "Təbii ki, telefon vasitəsiylə danışdıq, hallalaşdıq. Xırda söz-söhbətimiz oldu. Amma hər şeyə görə bu həyatda ona çox sağ ol demişəm. Mərd xanım idi.

İnnlar məndən üz döndərəndə, xalq düşməni hesab edəndə dəstək olan beş-altı nəfərdən biri idi. Ondan heç gözləməzdim. Amaliya xanım utanmadan, çəkinmədən Kürdəxanıya gəldi. Kağızları tökdü və yaradıcılıq haqda müzakirə apardıq. Dedim Amaliya xanım daha gəlməyin, cavab verdi ki, biz dostuq, bu nə söhbətdir. 36 gün həbs həyatı yaşadım. O hadisə həyatımı çox dəyişdi, bütün ətrafımı sildim, iki-üç nəfəri çıxmaq şərti ilə" deyə cavab verib.
O "Müğənnilərdən Abbas Bağırov, Aygün Kazımova, Röya Ayxan sizə dəstək oldulmu? sualını isə belə cavablandırıb:
"Xeyr, şou-biznesdən dəstək gözləmirdim. Əsasən rejissorlardan dəstək gözləyirdim".

Mənbə: teleqraf.com