Həyatımıza məna qatan KİTABLAR

Həyatımıza məna qatan KİTABLAR

Son zamanlarda yayılan koronavirus səbəbi ilə insanların bir çoxu evlərində karantin şəraitində yaşayır. Küçəyə çıxa bilməyən və yayılan çoxsaylı yalan xarakterli məlumatlardan uzaqlaşmaq istəyənlərə dünya incilərindən kitablar tövsiyyə edirik.

''Ölkə.Az olaraq həmin romanları və əsərləri təqdim edirik.
Lev Tolstoy -Anna Karenina
Bu dünyanın ən təsirli eşq romanlarından biri hesab olunur. ABŞ-da televiziya proqramlarından birində adı hallanan zaman bir milyondan çox nüsxəsi satılıb.


Migel de Servantesin -Don Kixot


İvan Qonçarov -Oblomov
Bu əsər insanla dünya arasında görməzdən gəldiyimiz və bağlanılması mümkünsüz məsafə olduğunu göstərir. Pul qazanmaq, etibarını qorumaq və əsl eşqi yaşamaq. Oxuyucunu həm güldürən, həm də kədərləndirən əsərdir.


Oskar Uayld -Dorian Qreyin Portreti
Həm ədəbli, həm də xoşbəxt ola bilərikmi? Gözəlliklə fəlsəfənin bir arada olmasını sorğulayan bu kitab dahiyanə romanlardan biri hesab olunur.


Onore de Balzak -Qorio ata
Roman 19-cu yüzillikdə qələmə alınıb. Hətta belə deyim var ki, ''Balzak olmasa klassik roman, ''Qorio ata'' olmasa Balzak da olmaz''. Bu dəfələrlə oxumaq istəyəcəyiniz romandır.


Fyodor Dostoyevski -Cinayət və Cəza


Cek London -Ağ diş


Dino Butsati -Tatar Çölü

İnsanın ömrünə məna qatmaq üçün daima gözləmədə qaldığını izah edən mənalı romanlardan biri.


Lev Tolstoy - Hərb və Sülh


Maqsim Qorki -Ana


Stendal - Qırmızı və Qara


Ceyn Ostin - Qürur və Qərəz

Ölkə.Az

Mənbə: olke.az