"Oğlumun motosikletini satdım" - Brilliant Dadaşova

"Oğlumun motosikletini satdım" -  Brilliant Dadaşova

"Kökəlməkdən qorxuram. Allah göstərməsin. Kompleksim var. Dəhşət qorxuram, mənim üçün ən böyük qarğışdır kökəlmək".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "5/5" verilişində deyib. Müğənni formada qalmaq üçün hər zaman qidalanmağına fikir verdiyini, idman etdiyini söyləyib.

Oğlu Cahaddan danışan Dadaşova bunları əlavə edib:

"Oğlumun motosikletini satdım. Getdim Türkiyyə, gördüm heç kim yoxdur, aparıb satdım. Onunla motosiklet almağa özüm getmişdim. Satıcı da təəccüblənmişdi ki, valideynlər icazə vermir övladlarına, siz isə yox. Ən yaxşısını aldım. Amma sonra gördüm ki, mən Bakıda olanda 260 sürətlə sürür. Mən də zəng edirəm, cavab vermir, telefonu söndürdü. Dedim ki, əgər mənə cavab verməsən, gecə ilə Türkiyəyə uçub gələcəm".

Mənbə: axsam.az