Amerikada yaşayan Rüfət nə edir?

Amerikada yaşayan Rüfət nə edir?

ABŞ-da yaşayan keçmiş aparıcı Rüfət Ağayev İnstaqramda canlı yayıma girərək oradakı həyat tərzindən danışıb.

Axşam.az xəbər verir ki, o, hazırda Floridaya köçdüyünü, işini orada onlayn davam etdirdiyini bildirib:

"Çalışdığım şirkət işi onlayn davam etdirməyi məsləhət gördü. Mən də Floridaya gəldim. Burada günəşli havada çalışıram. Bacardığım qədər evdə otururam. Yeni nələrsə öyrənməyə çalışıram.

Kulinariya kurslarına başlamaq istəyirəm. Şirniyyatlar bişirmək istəyirəm. Çoxdandır bunu planlaşdırırdım. Fikir etməyin, əlimizdən heç nə gəlmir. Bizim tək işimiz evdən çıxmamaq, əl-ayağa dolaşmamaqdır. Heç kimdən virus qapıb, başqalarına ötürmürəm.

Makaron yeyirik, tədarük ancaq onu görə bilirik".

Mənbə: axsam.az