Hadise saçları üçün kisənin ağzını açdı

Hadise saçları üçün kisənin ağzını açdı

Koronavirus səbəbi ilə "Evdə qal" xəbərdarlığına əməl edən müğənni haqqında şok iddia ortaya atılıb.

Primetime.az xəbər verir ki, iddiaya görə, sevgilisi Kaan Yıldırım ilə birlikdə İstanbuldakı evində karantində olan Hadise saçlarına qulluq üçün evinə saç ustası çağırıb. Verilən məlumata görə, sənətçi saç ustasına qulluq üçün 1000 Türk Lirəsi ödəyib.

Qeyd edilib ki, koronavirus pandemiyasından öncə Hadise saç qulluğu və rənglənməsi üçün Belçikaya gedirdi. İndi isə o, Kovid-19 səbəbi ilə nəinki saçını boyatmaq, dünyasını dəyişən bibisinin dəfn mərasimi üçün belə ölkədən çıxa bilməyib.

Mənbə: primetime.az