Murat Boz 1000 ailənin qida ehtiyacı üçün 280 min xərcləyəcək

Murat Boz 1000 ailənin qida ehtiyacı üçün 280 min xərcləyəcək

Aktyor Can Yamandan sonra müğənni Murat Boz da kasıb ailələrin qida ehtiyacını ödəyəcək.

Bu barədə müğənni Haluk Ləvənt məlumat yayıb: “Dayanışma günləri” kampaniyamıza Murat Boz da qoşuldu. Zəng edib dedi ki, 1000 ailənin 2 aylıq qida ehtiyacını ödəyəcək. Murat Boza təşəkkür edirik”.

Qeyd edək ki, 1000 ailənin qida ehtiyacını ödəmək üçün müğənni 280 min lirə xərcləyəcək.

Mənbə: cia.az