Meqan Marklla şahzadə Harri Kanadanı tərk etdi

Koronavirus dünyada yaşayan insanların həyatına təsirsiz ötüşməyib. Bu səbəbdən 38 yaşlı Meqan Markl və 35 yaşlı şahzadə Harri də planlarını dəyişməli olub. “Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, onlar 10 aylıq oğulları – Arçi ilə bərabər Kanadanı tərk ediblər və Los-Ancelesə uçublar.

Bildirilir ki, Sasseks hersoqları ABŞ-a şəxsi təyyarələrində yollanıblar. Cütlük Hollivud yaxınlığında yerləşib, hazırda izolyasiya rejimində yaşayır. Bununla belə, şaiyələrə görə, bu köç müvəqqətidir, ailə orada daimi yaşamağı planlaşdırmır.

Los-Anceles Meqan Marklın doğma şəhəridir. Burada onun anası Doriya Raqland yaşayır. Daha əvvəl cütlük bura yay aylarında köçməyi planlaşdırırdı və hələ qışda aktiv şəkildə ev axtarmağa başlamışdı. Onun axtarışları, insayderlərin sözlərinə görə, onlara asan başa gəlməmişdi – hersoqinya vacib görüşlər keçirə biləcəyi malikanə axtarışında idi. Lakin son hadisələr fonunda, görünür, bu, bir o qədər də vacib bənd olmamışdı. Hazırda hersoqinya dostları ilə videoçat vasitəsilə danışır.

Qeyd etmək lazımdır ki, ABŞ koronavirusa yoluxanların sayına görə dünya üzrə liderdir.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Albaniyada sakinlər küçəyə çıxmaq üçün icazəni “sms”lə alacaq

SONRAKI XƏBƏR

İsraildə indiyədək 15 nəfər koronavirusdan ölüb