“Medice, cura te ipsum”- "Toplumun xəstəliyini müalicə etmək istəyən mərkəzlər öz mənəvi sağlamlıqları haqda da düşünsünlər..."

“Medice, cura te ipsum”- "Toplumun xəstəliyini müalicə etmək istəyən mərkəzlər öz mənəvi sağlamlıqları haqda da düşünsünlər..."

"İlk olaraq insan öz kimlyini anlamalıdır və nə üçün yaradıldığını düşünməlidir..."

“Medice, cura te ipsum”. Latın dilində olan bu kəlmə günümüzün aktuallığı ilə çox ayaqlaşır. Mənası isə “Həkim, əvvəlcə özünü sağalt” kimi səslənir.

Sürət, inkişaf, hər şeyin bir nəsil təzəsi adı ilə illərlə nələrdə ilişib qalmışıq? İnsanı insan edə biləcək mövzular həmişə görməzdən gəlinib. Kinolar, şou proqramları həmişə güclüləri təbliğ edib. Həyatın dadını çıxardanlar kimi, uğur sahibləri kimi həmişə iqtisadi sahədə uğur əldə edən kəslər təqdim edilib. Sanki, insanlıq daha çox yemək, ən son model texnoloji avadanlıqlara, ən son dəbli geyimlərə sahiblənmklə kamilləşir. Günortasını bir qitədə, şam yeməyini digər qitədə yemək yeyənləri lider kimi təqdim etməklə, insanların hədəf üfiqlərini də idarə etdilər.

İllərlə mənəvi kimlyinə sahib olan insanları sadəlövh, avam kimi tanıtdılar. İlahi dərgaha yaxın olanlar daha çox mövhumatçı kimi, bir çox mövzularda “geridə qalmış” kimi təqdim edildi.

Və illərlə getdikləri yolun gəlindiyi nöqtə...

Buna görə dəyərdimi bu qədər çabalamalara?

Hər kəs bir virusun əlində aciz qalıb. Bu gün mənəvi kimliyə sahib o “sadəlövh” insanlar qonşusunun, tanıdıqlarının çətin durumunda, onların yanında yer tutub. İllərlə təbliğ olunan şou əhlindən heç bir yardım kampaniyası, dəstək nümayişi müşahidə edilməyib.

Bəşəriyyət ilk olaraq təfəkkürünü, insanlığa baxış tərzini sağaltmalıdır. Bu fiziki narahatlıqlar gec-tez İlahi yardımla aradan qalxacaq. Amma mənəvi xəstəliklər vaksin, həblərlə müalicə edilən deyil. İlk olaraq insan öz kimlyini anlamalıdır və nə üçün yaradıldığını düşünməlidir.

Bu günlər düşünməyimiz üçün fürsətə çevrilməlidir. Əgər bu halımız da bizi ayılda bilməsə, bizi heç bir həkimin müalicəsi özümüzə qaytara bilməyəcək.

Toplumun xəstəlyini müalicə etmək üçün tədbir tökən mərkəzlər, gərək ilk olaraq daxili sağlamlıq üzərində düşünsünlər.

Mətləb Həmzəli, "Dəyərlər".

Mənbə: moderator.az