Ronaldinyonun həbsxanadan MARAQLI GÖRÜNTÜLƏRİ — VİDEO

Ronaldinyonun həbsxanadan MARAQLI GÖRÜNTÜLƏRİ  — VİDEO

“Barselona”nın və Braziliya yığmasının sabiq yarımmüdafiəçisi Ronaldinyonun həbsxanadan yeni görüntüləri yayılıb.

''Ölkə.Az'' xəbər verir ki, 39 yaşlı Ronaldinyo həbsxanada məhbuslarla voleybol oynayarkən görüntülənib.
Xatırladaq ki, martın 7-də Paraqvay Məhkəməsinin qərarı ilə Ronaldinyo həbs edilib. Belə ki, məşhur idmançı, eləcə də onun qardaşı və agenti Roberto de Assis Moreyrin nömrəsində saxta şəxsiyyət vəsiqələri tapılıb.

İdmançının vəkili Adolfo Marin Folye bildirib ki, Ronaldinyonun ona saxta sənədlərin verildiyindən xəbəri olmayıb.

Mənbə: olke.az