Tanınmış müğənni 5 dildə karantin haqqında mahnı oxudu – sonda türkcə təşəkkür etdi

Tanınmış müğənni 5 dildə karantin haqqında mahnı oxudu – sonda türkcə təşəkkür etdi

Ukraynalı müğənni Nastya Kamenskix karantin haqqında bir musiqi eskizi təqdim edib.

KONKRET.az xəbər verir ki, mahnı ulduzun İnstagram səhifəsində yayılıb.

Eskiz müğənninin evində çəkilib. Kadrlarda o, çarpayıya tullanır, yerə uzanır və “karantin” vaxtında görülə biləcək digər “işləri” nümayiş etdirir.

Müğənni parçanı beş dildə səsləndirib: Ukrayna, Rus, İngilis, İspan və Türk.

Qeyd edək ki, onun “Elefante” hiti uzun müddətdir Türkiyənin ən yaxşı musiqi çarxlarında yer alır.

Şərhdə Kamenskix pərəstişkarlarına karantində qalarkən özlərini və yaxınlarını qorumaq üçün müraciət də edib. Ulduz ev rejimində insanların çətinliklərini anladığını da bildirib.

Mənbə: konkret.az