Hadisənin ailəsindəki qalmaqallar səngimir

Hadisənin ailəsindəki qalmaqallar səngimir

Türkiyəli müğənni Hadisənin ailəsindəki qalmaqallar səngimir.

Xeberoxu.az xəbər verir ki, bütün hadisələr ifaçının anası Gülnihal Çaıkgözün 2018-ci ilin yayında intihara cəhd etməsi ilə başlayıb.

Hadisə menecerliyini edən böyük bacısı Hülya Açıkgözlə münasibətlərini bitirib. Onların arasındakı qalmaqal məhkəməyə qədər uzanıb. Bunun səbəbi isə maddi problemlər olub.

Müğənni ilə Hülya arasındakı qalmaqal kiçik bacıları Dəryaya da təsir edib.

Hazırda dizaynerlik peşəsini kənara atıb anası ilə Belçikaya köçən Dərya bacısını İnstaqramda izləmədən çıxarıb. Beləliklə, Hülya bütün ailənin “qara siyahı”sına düşüb.

Mənbə: www.xeberoxu.az