Koronavirus Ledi Qaqanın atasını da YIXDI - abunəçilərindən pul diləndi - FOTO

Koronavirus Ledi Qaqanın atasını da YIXDI - abunəçilərindən pul diləndi - FOTO

Koronavirus dünyadakı bütün sahibkarları çətin vəziyyətə salıb. Hətta Ledi Qaqanın 64 yaşlı atası, Manhettandakı "Joanne Trattoria" kafesinin sahibi Cozef Cermanotta da özünün "Twitter" səhifəsində paylaşım edərək, işçilərinə maaş ödəyə bilmədiyinindən şikayət edib.



BiG.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, o, izləyicilərindən onun hesabına pul köçürməyi istəyib.



"GoFundMe" kampaniyası çərçivəsində Cozef 50 min dollar toplamağı planlaşdırır.



"Əlimdən gələni edirəm, lakin biz "Joanne"ni bir aylıq bağlamağa məcburuq, işçilərimizin maddi dəstəyə ehtiyacı var. İstənilən yardım əhəmiyyətlidir! Qapılarımız gözlədiyimizdən daha uzun müddət bağlı qaldığına görə əməkdaşlarımıza sağlamlıq, ərzaq, sığorta xərcləri, kirayə haqqı və kommunal xidmətləri daxil əsas ehtiyaclarını ödəmək getdikcə çətinləşir", - deyə o, sosial şəbəkədə yazıb.



Lakin izləyicilər ona dəstək çıxmayıb, əksinə tənqid atəşinə tutublar, çünki Cozefin qızı Stefani Cermanotta (Ledi Qaqanın əsl adı), təkcə son bir ildə 39.5 milyon dollar qazanıb, ümumi sərvəti isə 275 milyon dollara çatır.

Keçən qış Qaqa Nyu Yorkun mərkəzində təxminən 30 milyon dollarlıq beşmərtəbəli ev aldığı halda, atasının yardım dilənməsi hər kəsi qıcıqlandırıb.

Qeyd edək ki, Cozef və Ledi Qaqanın isti münasibətləri var. Hətta bir neçə il öncə Qaqa "Atamla evliyəm" deyə zarafat edib.

Cozef Cermanotta karyerasının əvvəlində onun baş məsləhətçisi, heç kimin inanmadığı zaman ona inanan kəs olub. Bu səbəbdən də hazırda Stefani atasına minnətdarlığını bildirmək üçün hər şey edir. Məsələn, bir neçə il öncə atası üçün İtalyan restoranı açaraq onun sevimli bacısı (özünün isə doğma bibisi) olan Coannanın şərəfinə adlandırarıb. Daha sonra isə Ledi Qaqa atası ilə birlikdə ailə reseptlərindən ibarət kulinariya kitabı dərc edib.



 

Mənbə: big.az