Bu, aprel ayı boyunca davam edəcək" - Azərpaşa Nemətov

Bu, aprel ayı boyunca davam edəcək" -  Azərpaşa Nemətov

"Bütün vətəndaşlarımızdan xahiş edirəm ki, evdə otursunlar. Dövlət qayğımıza qalırsa, bizə görə bu cür işlər görürsə, necə dəstəkləmək olmaz? Xalqımız, insanlarımız xəstələnməsin!".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının rəhbəri Azərpaşa Nemətov deyib.

O deyib ki, karantin dövründə evdən çölə çıxmır: "Bu ağır bir infeksiyadır. Bir insan virusa yoluxarsa, başqalarını da yoluxdurur.

Ona görə də hamıdan xahiş edirəm ki, vətəni, xalqı sevirsinizsə, evdən çıxmayın.

Mütləq evdə oturmaq lazımdır, mənim böyük və sevimli xalqım! Mən də evdəyəm və bayıra çıxmıram. Xalqımıza müraciət edirəm, özüm də qayda-qanunlara riayət edirəm. Biz ailəlikcə evdəyik və hamımız işlə məşğul oluruq. Evdə televiziya izləyir, internetdə olur və əsərlər oxuyuram.

İş çoxdur. Evdə oturmaq o demək deyil ki, tətildəsən. Karantin dövrüdür və insan evdə də iş göməlidir. Sosial şəbəkədə virtual tamaşalar təqdim edirik. Səhər və axşam saatlarında uşaq və böyüklər üçün tamaşalar təqdim edirik. Bu, aprel ayı boyunca davam edəcək".

Mənbə: teleqraf.com