Koronavirusa yoluxan dublyaj ustası xəstəliyin qurbanı oldu

Koronavirusa yoluxan dublyaj ustası xəstəliyin qurbanı oldu

İspan və Katalon dillərində səslənən İspan dublyaj aktyoru və dublyaj ustası Salvador Vives koronavirusun qurbanı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Vanguardia" qəzeti Barselonadakı Dublaj Aktyorlarının Peşəkar Birliyinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Vives 78 yaşında idi. O, 1942-ci ildə Kataloniyanın paytaxtında anadan olub və çox gənc yaşlarında peşə seçiminə qərar verib və 15 yaşında ikən teatr institutuna daxil olub.
Vivesin səsi, Al Pacino və Robert de Niro kimi məşhur aktyorların çəkildiyi "Döyüş" filmindən də tamaşaçılara tanışdır.
Xatlrladaq ki, 30 mart tarixinə İspaniyada koronavirusa yoluxan 85,2 min insan qeydə alınıb və bu xəstəliyin qurbanlarının sayı 7 340-a çatıb.

 

Mənbə: sia.az