“İctimai nəqliyyatdan istifadə edən insanlara üzülürəm” – Pərvin Abıyeva

“İctimai nəqliyyatdan istifadə edən insanlara üzülürəm” –  Pərvin Abıyeva

“Türkiyədə məşhurlar öz vətəndaşlarına yardım ediblər. Bizdə də belə kampaniya başladılsa, iki əlli razılaşıb, kömək edərəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva instaqramda canlı yayıma qoşularkən deyib. Aktrisa bildirib ki, məşhurlar yardım kampaniyasına başlasa, o da qoşulacaq.

Pərvin koronavirusun ona maddi zərər vurduğunu da deyib:

“Koronavirus mənə maddi və mənəvi zərbə vurub. Mən reklamdan qazanıram, indi də reklam verən yoxdur. Hər kəs öz dərdindədir. Heç kim iş düşünmür. Bu günlərdə çalışıram evdən çıxmayım. Evdən çıxanda maşını, özümü spritləyirəm. Mənim maşınım var. Amma ictimai nəqliyyatdan istifadə edənlər üçün üzülürəm, narahat oluram. Onlar mütləq spirtdən istifadə etsinlər, maska, əlcək geyinsinlər”.

Pərvin onu özündən razı adlandıranlara belə cavab verib:

“Mən özümdən razı insan deyiləm. Özümü siravi insanlardan ayırmıram. Mən adi insanlardan sadəcə tanındığım üçün fərqlənirəm. Özümü ayırmıram. Bəzən özümü qorumaq üçün özündən razı görünürəm”.

Mənbə: konkret.az