Fuad Poladov - Mehriban Zəki : "İvan Buninin sonuncu döyüşü"

Fuad Poladov - Mehriban Zəki : "İvan Buninin sonuncu döyüşü"

Evdə qaldığımız günlərdə təbii ki, sənətdən, teatrdan uzaq düşə bilmərik.

Onlayn tamaşaların nümayiş olunduğu günlərdə Ustad sənətkar Fuad Poladovun əvəzsiz ifasında “İvan Buninin sonuncu döyüşü” tamaşasını Open.az saytı vasitəsilə oxucular və tamaşaçılara təqdim edirik.

Tamaşanın premyerası 2007-ci il dekabrın 23-də “İbRus” Teatrında olub. Əsərə görkəmli kinodramaturq, rejissor Rüstəm İbrahimbəyovun quruluş verib.

Fransalı soydaşımız, yazıçı-dramaturq Ümbülbanunun əsəri əsasında Rüstəm İbrahimbəyovun hazırladığı səhnə əsərində Xalq artistləri Fuad Poladov və Mehriban Zəki çıxış ediblər.

Qeyd edək ki, “İvan Buninin sonuncu döyüşü” tamaşasını və əsər haqqında düşüncələrini sosial şəbəkədə fəaliyyət göstərən Fuad Poladov səhifəsi yayıb:

"Bu çətin zəmanədə, sizi narahat fikirlərdən az da olsa yayındırmaq istərdik. Gəlin birlikdə evdə qalaq və bir birimizdən muğayət olaq. Fuad Poladov evdə vaxt keçirməyi çox sevərdi, kitablar oxuyub, pürrəngi çay dəmləyib, çoxlu məşq edərdi. Bu gün axşam sizin diqqətinizə Bakının ən gözəl , amma təəssüf ki az ömürlü teatrlarından biri - İbRus teatrında səhnələndirilmiş “ Buninin son döyüşü” tamaşasını təqdim edirik. Buyurun, seyr edib, fikirlərinizi bölüşün".

Beləliklə, Fuad Poladov sənətinin vurğunları uzun illərdən sonra yenidən İvan Bunin və Ümbülbanunu izləyə bilərlər.

Xatırladaq ki, tamaşanın rejissor assistenti, Xalq artisti Rafiq Əliyev, Gülnar obrazının ifaçısı isə Əməkdar artist Mələk Abbaszadədir.

Ülviyyə Həsənqızı

Mənbə: open.az