Mədəniyyət Nazirliyi soyqırımla bağlı videoçarxlar hazırlayıb

Mədəniyyət Nazirliyi soyqırımla bağlı videoçarxlar hazırlayıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən 31 Mart - Azərbaycanlıların Soyqırımının 102-ci ildönümünün qeyd olunması ilə bağlı tədbirlər həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı sosial izolyasiya tədbirləri ilə bağlı Quba şəhər Soyqırımı Memorial Kompleksi ziyarətçilər üçün bağlanıb. Eyni zamanda kompleksin əməkdaşları soyqırım ilə bağlı videoçarxlar hazırlayaraq, sosial şəbəkələr vasitəsi ilə izləyicilərə çatdırırlar.

Dövlət Xidməti tərəfindən həmçinin Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş iki videoçarx hazırlanaraq Bakıda yerləşən 33 led monitorlarda yayımlanır. Həmin videoçarxlar, həmçinin Mədəniyyət Nazirliyi və nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların sosial şəbəkə hesablarında da paylaşılaraq daha çox insanın izləməsi təmin olunur.

Mənbə: qafqazinfo.az