İmadəddin Nəsiminin əsərləri boşnak dilində çap olundu

İmadəddin Nəsiminin əsərləri boşnak dilində çap olundu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin seçilmiş əsərləri boşnak dilinə tərcümə olunaraq çap edilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Lent.az -a verilən məlumata görə, kitabın tərtibçisi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.

"Ön söz"ün müəllifi elmi müəssisənin direktoru, akademik Teymur Kərimlidir. Nəşrin məsləhətçisi institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovadır.

Qeyd edək ki, şairin əsərləri Sarayevo Universitetinin türkoloq-şərqşünasları tərəfindən tərcümə olunub.

Mənbə: lent.az