31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş interaktiv plakat hazırlanıb

31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş interaktiv plakat hazırlanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında 31 mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş interaktiv plakat hazırlanıb.

Open.az xəbər verir ki, interaktiv plakatda mart soyqırımı haqqında tarixi faktlara əsaslanmış Azərbaycan və rus dillərində məlumatlar geniş əks olunub və bu hadisələri əks etdirən fotolar verilib. Burada həmçinin Azərbaycan ədəbiyyatının virtual kitabxanasında yerləşdirilmiş “31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında” və “Azərbaycanlıların soyqırımı unudulmamalıdır" kitabları ilə də tanış olmaq mümkündür.

İnteraktiv plakata çoxlu sayda şəkil və 10 link daxil edilib.

Mənbə: open.az