Maykl Cordanın həyatından bəhs edən sənədli film apreldə yayımlanacaq - VİDEO

Maykl Cordanın həyatından bəhs edən sənədli film apreldə yayımlanacaq - VİDEO

Maykl Cordanın həyatından bəhs edən sənədli film seriyasının yayım tarixi dəyişdirilib.

Fanat.Az "New York Post"un jurnalisti Endryu Marşana istinadən xəbər verir ki, "The Last Dance" iyun ayında yox, 19 apreldə izləyicilərin ixtiyarına veriləcək. 10 seriyadan ibarət sənəd film ABC və ESPN-də yayımlanacaq.

Qeyd edək ki, basketbolsevərlər və məşhur basketbolçular bir neçə gün idi ki, "The Last Dance" sənədli filminin daha erkən yayımlanması üçün sosial mediada kampaniya başlatmışdılar.

Mənbə: fanat.az