Şvartsenegger uzunqulağı ilə şaxmat oynadı - FOTO

Şvartsenegger uzunqulağı ilə şaxmat oynadı -  FOTO

Məşhur amerikalı aktyor Arnold Şvartsenegger koronavirus pandemiyası zamanı könüllü olaraq karantinə yollanıb.

Axşam.az xəbər verir ki, 72 yaşlı aktyor infeksiyadan qorunmaq üçün vaxtını Lulu adlı uzunqulağı, Viski adlı ponisi və Albalı adlı iti ilə birlikdə evində keçirir.

Arnold İnstaqramda paylaşdığı fotosu ilə bir daha hər kəsi təəccübləndirməyi bacarıb.

Lulu (uzunqulaq) ilə görüntüsünü yayımlayan aktyor “ Şaxmat oynamaq üçün yaxşı rəqib deyil, amma çalışır” qeydini yazıb.

Mənbə: axsam.az