"ATV"nin əməkdaşı və qızı koronavirusa yoluxdu - VİDEO

"ATV"nin əməkdaşı və qızı koronavirusa yoluxdu - VİDEO

15 yaşlı qızı ilə birlikdə Almaniyada koronavirusa yoluxan Azad Azərbaycan Televiziyasının Avropa bürosunun müxbiri Şahin Abbasov səhhəti barəsində danışıb.

SONXEBER.AZ xəbər verir ki, Azad Azərbaycan Televiziyasında yayımlanan "Bizimləsən" verilişi Şahin Abbasovla əlaqə saxlayıb.

Şahin Abbasov bildirib ki, ilk öncə mən bunu qrip kimi qəbul etdim: "Daha sonra dad və qoxubilmə hissini itirdim. Mən dərhal koronavirusla bağlı yaradılan qaynar xəttə zəng vurdum. Telefonda mənə suallar verdilər. Mənə analiz verməli olduğumu söylədilər. İlk öncə analizdən keçmək istəmədim. Daha sonra yenidən qaynar xəttə zəng vurdum. Onlar mütləq analiz verməli olduğunu bildirdilər. Dünən axşam analizin cavabı pozitiv çıxdı. 8 gündür ki, bu vəziyyətdəyəm. Özümü ağır qripə yoluxmuş kimi hiss edirəm. Vəziyyətim ağır olmadığına görə evdə müalicə alıram. Mənə ətraf mühitlə təmas qadağan qoyulub".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az