Kıvanç Tatlıtuğ koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi - İDDİA

Kıvanç Tatlıtuğ koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirildi - İDDİA

Türkiyənin məşhur aktyorlarından biri Kıvanç Tatlıtuğ haqqında bomba iddia ortaya atılıb.

Primetime.az xəbər verir ki, aktyor ötən axşam özünü narahat hiss etdiyi üçün xəstəxanaya gedib. Özəl xəstəxanalardan birinə yerləşdirilən aktyorun koronavirusa yoluxduğu iddia olunub. Cütlük iddialarla bağlı hələ ki bir açıqlama verməyib.

Qeyd edək ki, Kovid-19-un Türkiyədə yayılmağa başlamasından sonra K.Tatlıtuğ həyat yoldaşı Başak Dizer ilə birlikdə Kemerburgazda meşə içindəki evlərində yaşamağa başlayıb. Təxminən 3 həftədir evdən çıxmayan cütlük ailələri ilə də telefon vasitəsilə əlaqə saxlayır.

Mənbə: primetime.az