Vikipediyada Nizami Gəncəvi haqqında özbək dilində məlumat yer alıb

Vikipediyada Nizami Gəncəvi haqqında özbək dilində məlumat yer alıb

Daşkənd, 1 aprel, АZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri tərəfindən böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında Vikipediya Beynəlxalq Elektron Ensiklopediyasında özbək dilində bölmə istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bölmədə Nizami Gəncəvinin Azərbaycan, Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyi, böyük şairin həyatı, yaradıcılığı haqqında ətraflı məlumat verilir.

Səhifədə şairin adı və ləqəbi, doğum tarixi və yeri, valideynləri və qohumları, təhsili haqqında da söhbət açılır.

Bölmədə Nizami Gəncəvinin “Xəmsə”si, farsca divanı və türkcə divanı haqqında da danışılır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Mənbə: azertag.az